Argentina çempionu sona bir tur qalmış müəyyənləşib

Argentina çempionu sona bir tur qalmış müəyyənləşib "Boka Huniors" tarixində 24-cü dəfə buna nail olub
Futbol
2 Noyabr , 2015 11:10
Argentina çempionu sona bir tur qalmış müəyyənləşib

Bakı. 2 noyabr. REPORT.AZ/ "Boka Xuniors" klubu Argentina çempionatının vaxtından əvvəl qalibi olub. "Report"un məlumatına görə, Buenos-Ayres təmsilçisi XXIX turda "Tiqre" üzərində 1:0 hesablı qələbə sayəsində qızıl medalları təmin edib.

Yeganə qolu 42-ci dəqiqədə Fabian Monson vurub. Bununla da "Boka" ən yaxın izləyicisi "San Lorenso"nu 6 xal qabaqlayıb.

Qeyd edək ki, bu, "Boka Xuniors"un 24-cü Argentina çempionluğu olub. Klub bu göstəricidə yalnız 35 dəfə qızıl medal qazanmış "River Pleyt"dən geri qalır. 

Son xəbərlər

Orphus sistemi