​Argentina ABŞ-ı darmadağın edərək Amerika Kubokunun finalına çıxıb - VİDEO

​Argentina ABŞ-ı darmadağın edərək Amerika Kubokunun finalına çıxıb - VİDEO Digər yarımfinal oyunu Kolumbiya ilə Çili arasında keçiriləcək
Futbol
22 İyun , 2016 07:22
​Argentina ABŞ-ı darmadağın edərək Amerika Kubokunun finalına çıxıb - VİDEO

Bakı. 22 iyun. REPORT.AZ/ Futbol üzrə Argentina yığması Amerika Kubokunun yarımfinalında ABŞ-ı 4:0 hesabı ilə darmadağın edərək finala vəsiqə qazanıb.

"Report" xəbər verir ki, turnirin 1/2 final matçı Texas ştatının Hyuston şəhərində baş tutub.

Qaliblərin heyətində Esekiel Lavessi (3-cü dəqiqə), Lionel Messi (32) və Qonsalo İquain (50, 86) fərqlənib.

Messi Argentina yığmasının heyətində 55-ci qolunu vurub və komandanın tarixi ərzində ən yaxşı bombardirləri siyahısında birinci yerə yüksəlib.

Digər yarımfinal matçında Kolumbiya və Çili yığmaları üz-üzə gələcək. Qarşılaşma iyulun 23-də Çikaqoda, final iyunun 27-də, üçüncü yer uğrunda görüş isə 26 iyun tarixində baş tutacaq.

Son xəbərlər

Orphus sistemi