​Arda Turan Türkiyədə ilin adamı seçilib

​Arda Turan Türkiyədə ilin adamı seçilib Futbolçunun mükafatını Hidayət Türkoğlu təqdim edib
Futbol
4 Dekabr , 2015 10:05
​Arda Turan Türkiyədə ilin adamı seçilib

Bakı. 4 oktaybr. REPORT.AZ/ Türkiyə millisinin və İspaniyanın "Barselona" klubunun futbolçusu Arda Turan vətənində "İlin adamı" seçilib. "Report"un məlumatına görə, o, "GQ Türkiyə" jurnalı tərəfindən bu ada layiq görülüb.

Jurnalın təşkil etdiyi tədbirdə Turana mükafatı Türkiyə Basketbol Federasiyasının icraçı direktoru Hidayət Türkoğlu təqdim edib.

Futbolçu çıxışında onun uğurunda böyük pay sahibi olan ailəsi, dostları və rəfiqəsinə təşəkkür edib.

Son xəbərlər

Orphus sistemi