​“Araz” UEFA kubokunda çıxışını dayandırdı

​“Araz” UEFA kubokunda çıxışını dayandırdı Komandamız turnirdə keçirdiyi son oyunda da məğlub olub
Futbol
23 Noyabr , 2014 05:01
​“Araz” UEFA kubokunda çıxışını dayandırdı
Bakı. 23 noyabr. REPORT.AZ/ Futzal üzrə UEFA kubokunun elit-raund mərhələsində mübarizə aparan “Araz” son oyununu keçirib.

"Report" AFFA-ya istinadən xəbər verir ki, təmsilçimiz Çexiyanın “Chrudim” komandası ilə qarşılaşıb.

Oyun 6:0 hesabı ilə Çexiya təmsilçisinin xeyrinə başa çatıb. Bununla da, “Araz” UEFA kubokunun elit-raund mərhələsindəki çıxışını başa vurub.

Xatırladaq ki, ”Araz” turnirin ik oyununda Slovakiyanın “Slov-Matic” komandasına 3:4, ikinci qarşılaşmada isə Rusiyanın “Dina” klubuna 4:5 hesabı ilə məğlub olmuşdu.

Son xəbərlər

Orphus sistemi