​Antonio Konte "Çelsi"nin baş məşqçi postuna əsas namizəddir

​Antonio Konte "Çelsi"nin baş məşqçi postuna əsas namizəddir İtaliyalı mütəxəssis bu postda Joze Mourinyonu əvəzləyəcək
Futbol
8 Dekabr , 2015 09:49
​Antonio Konte Çelsinin baş məşqçi postuna əsas namizəddir

Bakı. 8 dekabr. REPORT.AZ/ Futbol üzrə İtaliya yığmasının baş məşqçisi Antonio Konte karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər. "Report"un "The İndependent"ə istinadən verdiyi məlumata görə, 46 yaşlı mütəxəssis "Çelsi"nin baş məşqçi postuna əsas namizəddir.

"Zadəganlar"ın AVRPO-2016-dan sonra italiyalı mütəxəssisə təklif göndərəcəyi bildirilir. Danışıqlar müsbət nəticələnsə, Konte bu postda Joze Mourinyonu əvəzləyəcək.

Qeyd edək ki, Antonio Kontenin İtaliya milli komandasının baş məşqçi postunda fəaliyyət müddəti 2017-ci ildə başa çatır. AVRO-2016-nın seçmə mərhələsində "Skuadra Adzurra" Azərbaycan yığması ilə eyni qrupda yer alıb. 

Son xəbərlər

Orphus sistemi