Ansi Aqolli: "Avropa çempionatına "Qarabağ"ın futbolçusu kimi getmək istəyirəm"

Ansi Aqolli: "Avropa çempionatına "Qarabağ"ın futbolçusu kimi getmək istəyirəm" "Yaxın günlərdə klubla yeni müqavilə məsələmə baxılacaq"
Futbol
21 May , 2016 10:55
Ansi Aqolli: Avropa çempionatına Qarabağın futbolçusu kimi getmək istəyirəm

Bakı. 21 may. REPORT.AZ/ "Uzun yolun sonunda gözəl çempionluğa qovuşduq. Fikrimcə, bu, bizim üçün çox yaxşı çempionat oldu. Özümüzü ən yaxşı tərəfdən göstərməyə çalışdıq. Yenidən çempion olduğumuz üçün özüm, komandam, məşqçilər heyəti və klub prezidenti adına çox xoşbəxtəm". Bunu "Report"a açıqlamasında "Qarabağ" klubunun və Albaniya milli komandasının futbolçusu Ansi Aqolli deyib. 

34 yaşlı müdafiəçi ardıcıl üçüncü mövsüm qazandıqları çempionluğa rəğmən, mayın 25-də "Neftçi" ilə keçirəcəkləri Azərbaycan Kubokunun final matçından da qalib ayrılmaq istədiklərini bildirib: "Qarşıdakı oyunda da komandama əlimdən gələn köməyi göstərməyə çalışacağam. "Neftçi" ilə final matçında yenidən "qızıl dubl" əldə etmək üçün meydana çıxacağıq".

Aqolli hər 3 çempionluğun ona əziz olduğunu və qızıl medalları suvenir kimi saxlayacağını vurğulayıb. O, klubla başa çatan müqaviləsini yeniləmək və Albaniya millisinin heyətində AVRO-2016-ya "Qarabağ"ın futbolçusu kimi getmək istədiyini söyləyib: "Yaxın günlərdə bu məsələyə baxılacaq. Hər şey yaxşılığa doğru gedir. AVRO-2016-da "Qarabağ"ın futbolçusu kimi çıxış etmək istərdim".

Qeyd edək ki, Ansi Aqolli "Qarabağ"da 2011-ci ildən çıxış edir. Albaniya isə Avropa çempionatında Fransa, Rumıniya və İsveçrə ilə birgə A qrupuna düşüb. 

Son xəbərlər

Orphus sistemi