Anqola yığmasının baş məşqçisi işə çıxmadığı üçün qovulub

Anqola yığmasının baş məşqçisi işə çıxmadığı üçün qovulub Romeu Filemon isə başqa səbəb göstərib
Futbol
29 Dekabr , 2015 09:55
Anqola yığmasının baş məşqçisi işə çıxmadığı üçün qovulub

Bakı. 29 dekabr. REPORT.AZ/ Romeu Filemon futbol üzrə Anqola milli komandasının baş məşqçi postundan qovulub. "Report"un məlumatına görə, buna 49 yaşlı mütəxəssisin Milad bayramından sonra işə çıxmaması səbəb olub. 

Amma Filemon iddia edir ki, komandanın qaldığı hoteldə olub. O, yaxın günlərdə mətbuat konfransı keçirərərk, qovulmasının əsl səbəblərini açıqlamayacağına söz verib. Eyni zamanda, təcrübəli mütəxəssis Anqola Futbol Federasiyasının 8 ay ərzində ona əmək haqqı ödəmədiyini bildirib. 

Qeyd edək ki, Romeu Filemon Anqola millisinə 2014-cü ilin avqustunda baş məşqçi təyin olunub. Onun rəhbərliyi altında yığma 2-ci seçmə mərhələdə mübarizəni dayandıraraq, DÇ-2018-in final mərhələsinə yüksələ bilməyib. Anqola dünya çempionatlarının final mərhələsində yalnız bir dəfə - DÇ-2006-da təmsil olunub və qrupdan çıxa bilməyib. 

Son xəbərlər

Orphus sistemi