Andrey Arşavin Qazaxıstanın "Kayrat" klubuna transfer olunub

Andrey Arşavin Qazaxıstanın "Kayrat" klubuna transfer olunub Futbolçu ilə 1+1 illik müqavilə imzalanıb
Futbol
18 Mart , 2016 13:30
Andrey Arşavin Qazaxıstanın Kayrat klubuna transfer olunub

Bakı. 18 mart. REPORT.AZ/ Qazaxıstanın "Kayrat" klubu rusiyalı futbolçu Ander Arşavini heyətinə qatıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 35 yaşlı hücumçu ilə 1+1 illik müqavilə imzalanıb.

O, yeni komandasında 28 nömrəli forma ilə çıxış edəcək.

Qeyd edək ki, Andrey Arşavin əvvəllər Rusiyanın "Zenit", "Kuban" və İngiltərənin "Arsenal" klubunda forma geyinib.

Son xəbərlər

Orphus sistemi