"Anderlext" - "Qarabağ" oyununda təhlükəsizlik tədbirləri gücləndiriləcək

"Anderlext" - "Qarabağ" oyununda təhlükəsizlik tədbirləri gücləndiriləcək Belçika klubu azarkeşlərə müraciət edib
Futbol
9 Dekabr , 2015 10:19
Anderlext - Qarabağ oyununda təhlükəsizlik tədbirləri gücləndiriləcək

Bakı. 9 dekabr. REPORT.AZ/ Futbol üzrə Avropa Liqasında qrup mərhələsinin son turunda Belçika "Anderlext"inin "Qarabağ"la keçirəcəyi qarşılaşmada təhlükəsizlik tədbirləri gücləndiriləcək. "Report"un məlumatına görə, yeni yanaşma stadiondakı bütün şəxslərə tətbiq olunacaq.

Bel çantası, çantalar və plastik qabların içəri keçirilməsinə icazə verilməyəcək. Hər bir şəxsin üst-başı yoxlanılacaq. Tribunalarda öz yerlərini vaxtında tuta bilmələrindən ötrü "Anderlext" rəhbərliyi azarkeşləri stadiona daha erkən gəlməyə çağırıb.

Petard və digər belə qurğulardan istifadə lüzumsuz panikaya səbəb ola bilər. Bu səbəbdən, belə hərəkətə yol verənlərə ən ciddi cəzalar tətbiq olunacaq. Bu qadağaya riayət olunmasına nəzarət ediləcək. Azarkeşlərdən hətta fasilə vaxtı stadiondakı yerlərində qalmaları xahiş olunub.

Qeyd edək ki, "Anderlext" - "Qarabağ" matçı dekabrın 10-da yerli vaxtla saat 21:05-də (Bakı vaxtı ilə 11 dekabr saat 00:05-də) başlanacaq. J qrupunda 2-ci pilləyə yüksələrək, 1/16 finala yüksəlməkdən ötrü Azərbaycan təmsilçisi mütləq qalib gəlməli və "Tottenhem" İngiltərədə Fransa "Monako"su ilə qarşılaşmada xal itirməməlidir. 

Son xəbərlər

Orphus sistemi