​Almaniya yığmasının baş məşqçisi: “Azərbaycan Avropa çempionatını yüksək səviyyədə təşkil edəcək”

​Almaniya yığmasının baş məşqçisi: “Azərbaycan Avropa çempionatını yüksək səviyyədə təşkil edəcək” Meykel Şönvayts: "Təşkilatçıların işinin öhdəsindən gələcəyinə əminəm"
Futbol
2 May , 2016 11:30
​Almaniya yığmasının baş məşqçisi: “Azərbaycan Avropa çempionatını yüksək səviyyədə təşkil edəcək”

Bakı. 2 may. REPORT.AZ/ “Hazırda Bakıda olduğumuz üçün çox şadıq. Qarşıdakı Avropa çempionatı bizim üçün mühüm əhəmiyyət kəsb edir. Əlimizdən gələni edəcəyik ki, burada uğur qazanaq”. Bunu "Report"a açıqlamasında Almaniyanın 17 yaşadək futbolçulardan ibarət milli komandasının baş məşqçisi Meykel Şönvayts deyib.

36 yaşlı mütəxəssis bildirib ki, Bakıda keçiriləcək Avropa çempionatında təşkilatçılığın yüksək səviyyədə olacağından əmindir: “Püşkatma zamanı da Bakıda olmuşdum. Hələ o vaxt şahid oldum ki, Azərbaycan bu yarışa çox ciddi hazırlaşır. Təşkilatçıların işinin öhdəsindən gələcəyinə əminəm. Ölkəniz Avropa çempionatını yüksək səviyyədə təşkil edəcək”.

Qeyd edək ki, mayın 5-də start götürəcək Avropa çempionatında Almaniya millisi Avstriya, Ukrayna, Bosniya və Herseqovina yığmaları ilə birgə B qrupunda yer alıb. 

Son xəbərlər

Orphus sistemi