Almaniya yığması üçün Avropa çempionluğu qarşılığında mükafatın məbləği açıqlanıb

Almaniya yığması üçün Avropa çempionluğu qarşılığında mükafatın məbləği açıqlanıb Təhlükəsizlik təminatına 800 min avro xərclənəcək
Futbol
8 İyun , 2016 16:33
Almaniya yığması üçün Avropa çempionluğu qarşılığında mükafatın məbləği açıqlanıb

Bakı. 8 iyun. REPORT.AZ/ AVRO-2016-nın qalibi olacağı təqdirdə, Almaniya millisinin hər bir futbolçusu 300 min avro mükafat alacaq. 

"Report"un "Bild"ə istinadən verdiyi məlumata görə, bu barədə Almaniya Futbol İttifaqının (DFB) prezidenti Raynhard Qrindel açıqlama verib.

R.Qrindel daha 800 min avronun qitə çempionatında təhlükəsizliklərinin təmin olunmasına ayrılacağını söyləyib.

Qeyd edək ki, C qrupunda Ukrayna, Polşa və Şimali İrlandiya ilə birgə yer alan Almaniya yığması son dünya çempionudur.  

Son xəbərlər

Orphus sistemi