Almaniya klubunun futbolçusunda xərçəng xəstəliyi aşkarlanıb

Almaniya klubunun futbolçusunda xərçəng xəstəliyi aşkarlanıb Həmin komandada azərbaycanlı qapıçı Emil Balayev də çıxış edir
Futbol
19 May , 2016 13:57
Almaniya klubunun futbolçusunda xərçəng xəstəliyi aşkarlanıb

Bakı. 19 may. REPORT.AZ/ Almaniyanın "Ayntraxt" klubunun futbolçusu Marko Russa xərçəng diaqnozu qoyulub. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, xəstəlik "Ayntraxt"ın Almaniya Futbol İttifaqının Antidopinq Komissiyasına dopinq şübhəsi ilə bağlı müraciətindən sonra aşkarlanıb.

31 yaşlı müdafiəçinin qanında hormon tərkibinin artımı müşahidə olunub. Sonradan məlum olub ki, bunun səbəbi idmançının orqanizminin ağır xəstəlikdən müdafiəsidir.

Faciəvi diaqnoza rəğmən, Russ bu axşam "Nürnberq"lə Bundesliqada qalmaq uğrunda oyunda çıxış etməyə hazır olduğunu bildirib.

Qeyd edək ki, "Ayntraxt"ın qapıçılarından biri Azərbaycan milli komandasının üzvü Emil Balayevdir. 

Son xəbərlər

Orphus sistemi