Almaniya ​Bundesliqasında yeni mövsümün püşkü atılıb

Almaniya ​Bundesliqasında yeni mövsümün püşkü atılıb Mövsümə avqustun 28-də start veriləcək
Futbol
29 İyun , 2016 15:23
Almaniya ​Bundesliqasında yeni mövsümün püşkü atılıb

Bakı. 29 iyun. REPORT.AZ/ Almaniya Bundesliqasında 2016/2017 mövsümünün püşkü atılıb. 

"Report"un məlumatına görə, yeni mövsümün ilk turunun oyunları avqustun 26-28-də keçiriləcək.

Açılış oyununda çempion "Bavariya" "Verder" ilə qarşılaşacaq. İkinci turun oyunları isə sentyabrın 10-da olacaq.

Komandalar Bundesliqada 2016-cı ilin son oyununu dekabrın 21-də keçirəcək və 2017-ci il yanvarın 22-dən mübarizəyə start veriləcək.

Mövsümün son turunun oyunları isə mayın 20-də keçiriləcək.

Qeyd edək ki, yeni mövsümdə aşağı dəstədən gələn "Darmştadt" və "Leyptsiq" klubları Bundesliqada mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi