​Aleksandr Səmədov "Lokomotiv"in ən yaxşı futbolçusu seçilib

​Aleksandr Səmədov "Lokomotiv"in ən yaxşı futbolçusu seçilib Ötən mövsüm o, ən yaxşı bombardir olub
Futbol
2 İyun , 2016 05:44
​Aleksandr Səmədov Lokomotivin ən yaxşı futbolçusu seçilib

Bakı. 2 iyun. REPORT.AZ/ Rusiyanın "Lokomotiv" klubunun azarkeşləri əslən azərbaycanlı olan yarımmüdafiəçi Aleksandr Səmədovu 2015/2016-cı illər mövsümünün ən yaxşı futbolçusu hesab ediblər.

"Report" xəbər verir ki, "dəmiryolçular"ın rəsmi saytı və "Vkontakte" sosial şəbəkəsindəki qrupunda aparılan səsvermənin yekunlarına əsasən Səmədov səslərin 36,3 %-ni toplayıb.

O, ötən mövsüm komandanın cəmi dörd matç buraxan ən yaxşı bombardiri və dağıdıcı futbolçusu olub. Yarımmüdafiəçi Avropa Liqasının qrup mərhələsində 6 oyuna 4 qol vurub, "Fənərbaxça" ilə keçirilən "play-off" üzrə cavab matçında fərqlənib, çempionatın yaz hissəsinin ən yaxşısı olub və Rusiya yığmasının Avropa çempionatına yollanacaq heyətinə düşməyi bacarıb.

Səsvermədə ikinci yeri hücumçu Bay Ömər Niass (18,3 %), üçüncü yeri qapıçı Marinato Qilerme (13%) tutub.

Son xəbərlər

Orphus sistemi