Aleksandr Amisulaşvili Bakı "İnter"indən ayrılan gürcüstanlı futbolçuların taleyindən danışıb

Aleksandr Amisulaşvili Bakı "İnter"indən ayrılan gürcüstanlı futbolçuların taleyindən danışıb "Karyeramı harada davam etdirəcəyimi deyə bilmərəm"
Futbol
26 May , 2015 16:17
Aleksandr Amisulaşvili Bakı İnterindən ayrılan gürcüstanlı futbolçuların taleyindən danışıb

Bakı. 26 may. REPORT.AZ/ "Karyeramı harada davam etdirəcəyimi deyə bilmərəm. Amma istənilən halda "İnter"ə qayıtmayacağam". "Report"un Gürcüstan Futbol Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, bunu Bakının "İnter" klubunun futbolçusu Aleksandr Amisulaşvili deyib.

İki gün əvvəl Bakıdan Tbilisiyə qayıtdığını söyləyən gürcüstanlı müdafiəçi futbolçuların yığmaya hazırlaşdıqlarını və bu səbəbdən formalarını itirməməyə çalışdıqlarını bildirib. O, komanda yoldaşları Baçana Tsxadadze, Georgi Lomaya və Laşa Salukvadzenin Bakı klubu ilə müqavilələrinin bitdiyini də vurğulayıb.

"Hələ ki, heç bir klubdan təklif almamışam. Ümid edirəm ki, komandanın digər üzvləri tezliklə yeni iş yeri tapa biləcəklər" - A.Amisulaşvili bildirib.

Qeyd edək ki, son aylar ciddi maliyyə problemi ilə üzləşən "İnter"in baş məşqçisi Kaxaber Tsxadadze və 4 futbolçu - Aleksandr Amisulaşvili, Laşa Salukvadze, Georgi Lomaya və Baçana Tsxadadze vətənləri Gürcüstana qayıdıblar.

Son xəbərlər

Orphus sistemi