​AFFA "Zirə" klubunun məşqçisini cəzalandırıb

​AFFA "Zirə" klubunun məşqçisini cəzalandırıb Məşqçi Anar Niftəliyev texniki zona qaydalarını pozub
Futbol
15 Mart , 2016 15:04
​AFFA Zirə klubunun məşqçisini cəzalandırıb

Bakı. 15 mart. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasında "Zirə" klubunun məşqçisi Anar Niftəliyevin bir oyunluq cəzalandırılmasına qərar verib. "Report"un məlumatına görə, səbəb Azərbaycan Premyer Liqasının XXV turunda "Qəbələ" ilə səfər oyununda (2:1) A.Niftəliyevin texniki zona qaydalarını pozmasıdır.

Klubun özü isə üst-üstə 3000 manat cərimələnib. "Zirə" məşqçisinin davranışı, həmçinin "Qəbələ" ilə həm Premyer Liqa, həm də ölkə kubokunun 1/4 final mərhələsinin cavab görüşündə 4 futbolçusunun sarı vərəqə alması üzündən bu qədər ziyana düşüb. 

Premyer Liqanın XXV turunun "Sumqayıt" - "Qarabağ" matçında meydan sahiblərinin, Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "İnter" - "Rəvan" qarşılaşmasında isə qonaqların 4 futbolçusu sarı vərəqə alıb. Nəticədə "Sumqayıt" və "Rəvan" hərəyə 1000 manat cərimələnib. 

Son xəbərlər

Orphus sistemi