​AFFA "Trabzonspor"un 2 futbolçusu ilə maraqlandıqlarına dair açıqlamaya münasibət bildirib

​AFFA "Trabzonspor"un 2 futbolçusu ilə maraqlandıqlarına dair açıqlamaya münasibət bildirib "Bəlkə də gələcəkdə bununla bağlı bizə müraciət olunacaq"
Futbol
15 Yanvar , 2016 14:28
​AFFA Trabzonsporun 2 futbolçusu ilə maraqlandıqlarına dair açıqlamaya münasibət bildirib

Bakı 15 yanvar. REPORT.AZ/ "Biz həmin məlumatla tanış olmuşuq. Amma yazılanlar həqiqətə uyğun deyil. Özümüz də təəccübləndik". Bunu "Report"a açıqlamasında AFFA-nın texniki direktorunun köməkçisi Zaur Hacı-Məhərrəmov təmsil etdiyi qurumun Türkiyənin "Trabzonspor" klubunun aşağı yaş qruplarından 2 futbolçu istəməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirərkən deyib.

Məsələ ilə bağlı heç bir rəsmi müraciətin olmadığını bildirən federasiya rəsmisi addımın menecerlər tərəfindən atıla biləcəyini söyləyib: "Ola bilər ki, bizimlə əlaqədə olan menecerlər həmin futbolçularla maraqlanıb. Bəlkə də gələcəkdə bununla bağlı bizə müraciət olunacaq. Ancaq indi heç nə yoxdur. Menecerlər axtarış aparırlar, sonra bizə məlumat verirlər. Biz isə öz növbəmizdə məşqçilərlə məsləhətləşir, analiz edirik. Daha sonra cavab verilir. Həmin menecerlər sadəcə maraqlanırlar. Yəni biz tərəfdən heç bir müraciət olunmayıb".

Qeyd edək ki, "Trabzonspor"un baş məşqçisi Sadi Tekelioğlu Azərbaycandan 2 azyaşlı futbolçuya təklif göndərildiyini, amma hələ klubun yekun qərar vermədiyini açıqlayıb. 

Son xəbərlər

Orphus sistemi