AFFA rəhbərliyi UEFA-nın iclasında iştirak edib

AFFA rəhbərliyi UEFA-nın iclasında iştirak edib Canni İnfantino seçki proqramını tədbir iştirakçılarının diqqətinə çatdırıb
Futbol
22 Yanvar , 2016 17:39
AFFA rəhbərliyi UEFA-nın iclasında iştirak edib

Bakı. 22 yanvar. REPORT.AZ/ Bu gün UEFA-nın mənzil qərargahının yerləşdiyi İsveçrənin Nyon şəhərində Avropa futbol təşkilatının üzvü olan 54 milli assosiasiyanın prezident və baş katiblərinin iştirakı ilə informasiya mübadiləsi xarakteri daşıyan iclas keçirilib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda federasiyanın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov və baş katib Elxan Məmmədov iştirak edib.

Toplantıda UEFA-nın İcraiyyə Komitəsində qəbul olunan yeni qərarlarla bağlı milli assosiasiyaların nümayəndələrinə məlumat verilib. FIFA prezidenti vəzifəsinə namizəd Canni İnfantino seçki proqramını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Son xəbərlər

Orphus sistemi