AFFA rəhbərliyi DÇ-2018-in püşkatma mərasiminə qatılacaq

AFFA rəhbərliyi DÇ-2018-in püşkatma mərasiminə qatılacaq Robert Prosineçki səhhəti ilə əlaqədar Sankt-Peterburqa gedə bilməyəcək
Futbol
25 İyul , 2015 11:10
AFFA rəhbərliyi DÇ-2018-in püşkatma mərasiminə qatılacaq

Bakı. 25 iyul. REPORT.AZ/ Bu gün Rusiyanın Sankt-Peterburq şəhərindəki Konstantinovski sarayında keçiriləcək 2018-ci il dünya çempionatının ilkin mərhələsinin püşkatma mərasimində AFFA rəsmiləri də iştirak edəcək. "Report"un məlumatına görə, tədbirə AFFA-nın prezidenti Rövnəq Abdullayev, İcraiyyə Komitəsinin üzvü Vaqif Sadıqov və baş katib Elxan Məmmədov qatılacaq. 

Püşkatma Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.

Qeyd edək ki, milli komandanın baş məşqçisi Robert Prosineçki səhhəti ilə əlaqədar mərasimə yollanmayıb.  

Son xəbərlər

Orphus sistemi