AFFA prezidenti ​UEFA rəsmisi ilə "Qarabağ" - "İnter" oyununu müzakirə edib

AFFA prezidenti ​UEFA rəsmisi ilə "Qarabağ" - "İnter" oyununu müzakirə edib Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov da iştirak edib
Futbol
15 Dekabr , 2014 17:47
AFFA prezidenti ​UEFA rəsmisi ilə Qarabağ - İnter oyununu müzakirə edib

Bakı. 15 dekabr. REPORT.AZ/ UEFA baş katibinin müavini Teodor Teodoridis Bakıya bir günlük səfərə gəlib. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, UEFA rəsmisi bu gün federasiya prezidenti Rövnəq Abdullayevlə görüşüb.

Görüşdə Avro-2020-nin Bakıda keçiriləcək oyunları ilə bağlı təşkilati məsələlər, regionda futbolun inkişafı və Avropa Liqasının qrup mərhələsi çərçivəsində keçirilmiş “Qarabağ” – “İnter” oyunu müzakirə olunub. Görüşdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov da iştirak edib.

Son xəbərlər

Orphus sistemi