AFFA prezidenti seçkisinin vaxtı açıqlanıb

AFFA prezidenti seçkisinin vaxtı açıqlanıb Hesabat Seçki Konfransının gündəliyinə 11 məsələ salınıb
Futbol
8 Fevral , 2016 18:01
AFFA prezidenti seçkisinin vaxtı açıqlanıb

Bakı. 8 fevral. REPORT.AZ/ AFFA-nın Hesabat Seçki Konfransının vaxtı və yeri açıqlanıb. "Report"un məlumatına görə, tədbir martın 11-də “Hilton” otelində təşkil olunacaq. 

Saat 10:00-da başlayacaq konfransın gündəliyinə AFFA-nın Nizamnaməsinə uyğun olaraq 11 məsələ daxil edilib: 

- Prezident tərəfindən salamlama 

- Yığıncağın tərkibinin yoxlanılması 

- İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması 

- Maliyyə hesabatının təsdiq olunması 

- Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq 

- Növbəti ilin büdcəsinin təsdiq olunması 

- AFFA prezidentinin seçilməsi 

- İcraiyyə Komitəsinin üzvlərinin seçilməsi 

- Hər hansı vakant vəzifəyə seçkilər 

- AFFA üzvlərinin təkliflərinin qəbul olunması 

- Digər məsələlər. 

Son xəbərlər

Orphus sistemi