Bakı. 29 may. REPORT.AZ/ İsveçrənin Sürix şəhərində FİFA prezidenti seçkisi başlayıb. "Report"un məlumatına görə, ümumilikdə 209 ölkənin milli assosiasiyası əlifba sırası ilə 2 qutuya bölünərək hərəyə 1 səs veriblər.
Artıq AFFA prezidenti
İlkin mərhələdə qalib gəlmək üçün namizədlər səslərin 2/3-ni yığmalıdırlar. İkinci mərhələdə isə qələbə üçün sadə səs çoxluğu da kifayətdir.
Qeyd edək ki, FİFA prezidenti vəzifəsi uğrunda qurumun hazırkı rəhbəri Yozef Blatter və İordaniya şahzadəsi Əli ibn əl-Hüseyn mübarizə aparır.