AFFA prezidenti: "Klub menecerlərinin baxışı dəyişməli, klubu futbol təşkilatı kimi işlətməyi bacarmalıdırlar"

AFFA prezidenti: "Klub menecerlərinin baxışı dəyişməli, klubu futbol təşkilatı kimi işlətməyi bacarmalıdırlar" "Futbol təhsili, infrastruktur layihələri və kütləviliyin artırılması ilə bağlı fəaliyyətimizdə müəyyən irəliləyişə nail olmuşuq"
Futbol
11 Mart , 2016 10:19
AFFA prezidenti: Klub menecerlərinin baxışı dəyişməli, klubu futbol təşkilatı kimi işlətməyi bacarmalıdırlar

Bakı. 11 mart. REPORT.AZ/ "Hesabat dövrü ərzində ölkəmizdə futbolun inkişafı məqsədilə tətbiq olunan layihələr davam etdirilib. Futbol təhsili, infrastruktur layihələri və kütləviliyin artırılması ilə bağlı fəaliyyətimizdə müəyyən irəliləyişə nail olmuşuq". "Report"un məlumatına görə, bunu AFFA-nın prezidenti Rövnəq Abdullayev qurumun növbəti Hesabat Seçki Konfransındakı çıxışı zamanı deyib.

R.Abdullayev xüsusən Mərdəkanda inşa olunmuş milli komandaların məşq mərkəzinin istifadəyə verilməsini və Bakı Olimpiya Stadionunda milli komandaların 2 oyununun keçirilməsini qeyd edib: "Bu oyunların birində İtaliya yığması ilə qarşılaşmada ölkəmizin futbol tarixinin azarkeş rekordu da qeydə alındı. Oyunu 50 minədək azarkeş izlədi. Bu stadion AFFA-nın balansına verildiyi, bizə etimad göstərildiyi üçün minnətdaram".

R.Abdullayev ötən mövsüm Azərbaycanın 2 klubunun Avropa Liqasının qrup mərhələsinə yüksəlməsi ilə yanaşı, klublarda maliyyə vəziyyətinin çətinləşməsinin narahatedici olduğunu vurğulayıb: "Hazırda sponsorların axtarışlarını davam etdiririk. Klub menecerlərinin baxışı dəyişməli, klubu futbol təşkilatı kimi işlətməyi bacarmalıdırlar. Bu məsələdə gərək aktiv işləyək".

AFFA prezidenti 5 - 21 mayda Bakıda 17 yaşadək futbolçular arasında keçiriləcək Avropa çempionatını yüksək səviyyədə təşkil edəcəklərinə əminliyini və Azərbaycanın qitə futbol ailəsində layiqincə yer tutacağını vurğulayıb.

Son xəbərlər

Orphus sistemi