AFFA prezidenti: "Azərbaycanda futbolun inkişafı ilə bağlı yeni proqram hazırlanır"

AFFA prezidenti: "Azərbaycanda futbolun inkişafı ilə bağlı yeni proqram hazırlanır" Yeni proqram 2020-ci ilədək nəzərdə tutulub
Futbol
5 İyul , 2016 11:51
AFFA prezidenti: Azərbaycanda futbolun inkişafı ilə bağlı yeni proqram hazırlanır

Bakı. 5 iyul. REPORT.AZ/ "Azərbaycanda futbolun inkişafı ilə bağlı yeni proqram hazırlanır". 

"Report"un məlumatına görə, bunu AFFA prezidenti Rövnəq Abdullayev Peşəkar Futbol Liqasının prezidenti postuna keçirilən seçkilərdən sonra deyib.

"Yeni proqram 2020-ci ilədək nəzərdə tutulub. Bu, qısa müddətli proqramdır. Sentyabrda bununla bağlı ictimaiyyətə məlumat veriləcək", - deyə R. Abdullayev bildirib.

Mətbuat konfransında R.Abdullayev çempionatda komandaların sayının artacağını da bildirib: "Çempionatda klubların sayının azalmasını nəzərə alaraq və oyun səviyyəsinin aşağı düşməməsi üçün qərara gəldik ki, mayda Qəbələdə komandaların iştirakı ilə böyük turnir keçirilsin. Gözəl turnir edib böyük mükafat verəcəyik ki, hər kəs həvəslə iştirak etsin. IV İslam Həmrəylik Oyunları müddətində çempionat dayanmasın deyə, bu turniri keçirəcəyik. Gələn ilə I Diviziondan ən azı 4 komandanı hazır edəcəyik ki, Premyer Liqada komandaların sayı artsın".

Ramin Musayevin növbəti dəfə Peşəkar Futbol Liqasının prezidenti seçilməsi ilə bağlı AFFA prezidenti qeyd edib ki, ötən dövr ərzində ədalətli yol keçilib. O əlavə edib ki, hakimliyin keyfiyyətini qaldırmaq üçün işlər görülür və ən yüksək səviyyədə hazırlıq keçirilir. Qurum rəhbəri PFL prezidenti postuna başqa heç kimin namizəd olmaması məsələsinə də münasibət bildirib: "Heç bir namizəd olmadı. Bu posta namizədlik vermək böyük cəsarət tələb edir. İstərdim kimsə alternativ olsun, namizədliyini versin".

O, həmçinin qeyd edib ki, hakimlərin toplanışı təşkil olunacaq: "Xaqani müəllimin işi hakimlərin hazırlığını həyata keçirmək və onların təyinatını düzgün bölüşdürməkdir. Bizim futbolda qərəzli qərarlar yoxdur". 

Son xəbərlər

Orphus sistemi