AFFA prezidenti Azərbaycan-Hollandiya matçını izləyir

AFFA prezidenti Azərbaycan-Hollandiya matçını izləyir Futzal millimiz tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə düşməyə yaxındır
Futbol
12 Aprel , 2016 19:36
AFFA prezidenti Azərbaycan-Hollandiya matçını izləyir

Bakı. 12 aprel. REPORT.AZ/ AFFA prezidenti Rövnəq Abdullayev dünya çempionatının "pley-off" mərhələsində Azərbaycan-Hollandiya matçını izləyir. 

"Report"un məlumatına görə, assosiasiya başçısı Bakı İdman Sarayında keçirilən tarixi matçı Azərbaycan mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə birgə izləyir. Onlarla yanaşı, AFFA-nın baş katibi Elxan Məmmədov da matçı izləyənlər arasındadır.

Qeyd edək ki, futzal millimiz tarixində ilk dəfə dünya çempionatının final mərhələsinə düşməyə yaxındır.

Son xəbərlər

Orphus sistemi