​AFFA-nın baş katibi yığma komandanın oyununu izləyib

​AFFA-nın baş katibi yığma komandanın oyununu izləyib Elxan Məmmədov stadiona "Sumqayıt" klubunun prezidenti Kamran Quliyevlə gəlib
Futbol
24 Fevral , 2015 14:28
​AFFA-nın baş katibi yığma komandanın oyununu izləyib

Antalya. 24 fevral. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov Türkiyənin Antalya şəhərinə gəlib. "Report"un Antalyada olan əməkdaşının verdiyi məlumata görə, federasiya rəsmisi hazırda Azərbaycanın 16 yaşadək futbolçulardan ibarət yığmasının Belarusun U-17 yığması ilə keçirdiyi yoxlama matçını izləyir.

E.Məmmədov stadiona "Sumqayıt" klubunun prezidenti Kamran Quliyevlə gəlib.

Qeyd edək ki, onun bu axşam Azərbaycanın əsas yığmasının Ukrayna "Şaxtyor"u ilə yoldaşlıq görüşündə də iştirakı nəzərdə tutulub. 

Son xəbərlər

Orphus sistemi