​AFFA-nın baş katibi Məşqçilər Komitəsi və milli komanda ilə görüşüb

​AFFA-nın baş katibi Məşqçilər Komitəsi və milli komanda ilə görüşüb U-17-nin hazırlıq prosesi barədə fikir mübadiləsi aparılıb
Futbol
20 Fevral , 2016 15:54
​AFFA-nın baş katibi Məşqçilər Komitəsi və milli komanda ilə görüşüb

Bakı. 20 fevral. REPORT.AZ/ AFFA-nın İcraiyyə Komitəsinin üzvləri İskəndər Cavadov, Vaqif Sadıqov və AFFA-nın baş katibi Elxan Məmmədov Bakı Olimpiya Stadionunda 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının üzvləriylə görüşüb, komandaya müvafiq tövsiyələrini veriblər. 

"Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, sonra baş katib Məşqçilər Komitəsinin üzvləri ilə görüş keçirib.

Görüşdə U-17-nin hazırlıq prosesi barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, hazırda təlim-məşq toplanışında olan 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması mayın 5-dən 21-dək Bakıda keçiriləcək UEFA U-17 Avropa çempionatında mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi