AFFA-nın baş katibi "Leaders Under 40 Awards" mükafatına layiq görülüb - VİDEO

AFFA-nın baş katibi "Leaders Under 40 Awards" mükafatına layiq görülüb - VİDEO Laureatların mükafatlandırılması mərasimi Londonda keçirilib
Futbol
5 Oktyabr , 2016 09:54
AFFA-nın baş katibi Leaders Under 40 Awards mükafatına layiq görülüb - VİDEO

Bakı. 5 oktyabr. REPORT.AZ/ AFFA-nın baş katibi Elxan Məmmədov "Leaders Under 40 Awards" illik mükafatının idman sahəsində "Liderlik" kateqoriyası üzrə mükafata layiq görülüb.

Bu barədə "Report" mükafatın rəsmi saytına istinadən xəbər verir.

Laureatların mükafatlandırılması mərasimi dünən Londonda Milli Tarixi Muzeyində keçirilib.

Qeyd edək ki, "Leaders Under 40 Awards" hər il idman biznesinin yaşı 40-dan artıq olmayan ən istedadlı idarəçilərinə təqdim edilir.

Mükafatın rəsmi saytında qeyd olunub ki, Elxan Məmmədov ölkəmizdə futbol federasiyasını yenidən strukturlaşdırıb, böyük sayda gənclərin cəlb edilməsiylə futbolun və qadın futbolunun inkişafı üçün uzunmüddətli strategiya təsdiq edib, indi milli komandalar, Premyer Liqa klubları və UEFA tərəfindən istifadə olunan futbol infrastrukturlarını genişləndirib.

Xatırladaq ki, mükafat ümumilikdə 5 nominasiya - "Rəqəmsal texnologiyalar", "Sahibkarlıq", "Liderlik", "Marketinq və PR" və "Satış" üzrə təqdim olunur.

Son xəbərlər

Orphus sistemi