AFFA-nın baş katibi Azərbaycan yığması ilə görüşüb

AFFA-nın baş katibi Azərbaycan yığması ilə görüşüb Elxan Məmmədov milli komandaya Avropa çempionatının elit-raundunda uğurlar arzulayıb
Futbol
12 Mart , 2015 13:53
AFFA-nın baş katibi Azərbaycan yığması ilə görüşüb

Bakı. 12 mart. REPORT.AZ/ Bu gün AFFA-nın baş katibi Elxan Məmmədov 17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının üzvləri ilə görüşüb. "Report"un AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, E.Məmmədov Avropa çempionatının elit-raund mərhələsində mübarizə aparacaq yığmaya uğurlar arzulayıb.

Qeyd edək ki, Azərbaycan millisi Avropa çempionatının elit-raund mərhələsində martın 17-də Xorvatiya, 19-da Portuqaliya 2 gün sonra isə Serbiya komandası ilə qarşılaşacaq. Oyunlar Bakıda təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi