​AFFA "Neftçi" və "Rəvan" klublarını cəzalandırıb

​AFFA "Neftçi" və "Rəvan" klublarını cəzalandırıb İntizam Komitəsinin iclası keçirilib
Futbol
16 Fevral , 2016 12:35
​AFFA Neftçi və Rəvan klublarını cəzalandırıb

Bakı. 16 fevral. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib. "Report"un məlumatına görə, iclasda Bakının "Neftçi" və "Rəvan" klubları cəzalanıb. 

Azərbaycan Premyer Liqasının XXI turunun "Xəzər Lənkəran"la Bakıda keçirilmiş oyununda "Neftçi"nin 4 futbolçusu sarı vərəqə ilə cəzalanıb. Nəticədə paytaxt klubu 1000 manat cərimə olunub. "Zirə" ilə qarşılaşmanın 85-ci dəqiqəsində "Rəvan"ın futbolçusu Kənan Müslümov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb. Klub isə 200 manat cərimələnib.

Son xəbərlər

Orphus sistemi