AFFA "Neftçi"nin futbolçusunu cəzalandırıb

AFFA "Neftçi"nin futbolçusunu cəzalandırıb Futbolçu bir oyun komandasına kömək edə bilməyəcək
Futbol
18 Oktyabr , 2016 13:34
AFFA Neftçinin futbolçusunu cəzalandırıb

Bakı. 18 oktyabr. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi "Neftçi" klubunun heyətində çıxış edən Rahil Məmmədovu cəzalandırıb. 

"Report"un məlumatına görə, buna müdafiəçinin Azərbaycan Premyer Liqasının VIII turunda səfərdə "Zirə" ilə baş tutmuş görüşdə qırmızı vərəqə alması səbəb olub.

47-ci dəqiqədə meydandan kənarlaşdırılan futbolçu növbəti tur komandasına kömək edə bilməyəcək. Üstəlik, futbolçunun "qırmızı"sı kluba 200 manata başa gəlib.

Komitə son turda keçirilmiş "İnter" - "Qəbələ" matçında meydan sahiblərinin 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubu 800 manat cərimələyib.

Son xəbərlər

Orphus sistemi