​AFFA "Neftçi"nin futbolçusunu 3 oyunluq cəzalandırıb

​AFFA "Neftçi"nin futbolçusunu 3 oyunluq cəzalandırıb Klub ümumilikdə 4000 manat cərimələnib
Futbol
7 Aprel , 2015 16:23
​AFFA Neftçinin futbolçusunu 3 oyunluq cəzalandırıb

Bakı. 7 aprel. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi bu gün keçirilən iclasında Azərbaycan Premyer Liqasının XXVIII turunda yaşıl meydanlarda baş verənlərə hüquqi qiymət verib. 

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, komitə "Neftçi" klubunun futbolçusu Karlos Kardosonu 3 oyunluq cəzalandırıb.

Buna səbəb Zaqatalada "Simurq"la keçirilən qarşılaşma zamanı müdafiəçinin aqressiv hərəkətə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılmasıdır. Klub isə müdafiəçinin hərəkətinə görə 2000 manat cərimə ödəməli olacaq.

Qərara əsasən, futbolçuya verilmiş cəzanın iki oyunu şərti cəza kimi tətbiq olunacaq və ona 6 aylıq sınaq müddəti veriləcək. Sınaq dövründə futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın dayandırılmış hissəsi avtomatik olaraq bərpa olunacaq.

Bundan başqa, həmin oyunda "Neftçi"nin 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub daha 1000 manat cərimələnib.

Qeyd edək ki, "Simurq" - "Neftçi" oyunu 0:1 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi