​AFFA "Neftçi"ni cəzalandırıb

​AFFA "Neftçi"ni cəzalandırıb Paytaxt klubu 2000 manat cərimələnib
Futbol
17 Fevral , 2015 15:00
​AFFA Neftçini cəzalandırıb

Bakı. 17 fevral. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi "Neftçi" klubunu cəzalandırıb. "Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən verdiyi məlumata görə, buna Premyer Liqanın XXII turunda "Qəbələ" ilə oyun zamanı baş verənlər səbəb olub.

Qarşılaşma vaxtı 4 futbolçusu sarı vərəqə aldığı üçün flaqmana 1000 manat cərimə kəsilib. Bundan başqa, oyunun 52-ci dəqiqəsində qonaq azarkeşlər tərəfindən pirotexniki vasitələrdən istifadə edilib. Bu səbəbdən klub daha 1000 manat ziyana düşüb. 

Qeyd edək ki, "Qəbələ" - "Neftçi" qarşılaşması 1:3 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi