​AFFA Məşqçilər Komitəsinin üzvləri Azərbaycan klublarının avrokubok oyunlarını izləyəcək

​AFFA Məşqçilər Komitəsinin üzvləri Azərbaycan klublarının avrokubok oyunlarını izləyəcək Ağasəlim Mircavadov Monteneqroya gedəcək
Futbol
4 İyul , 2015 10:47
​AFFA Məşqçilər Komitəsinin üzvləri Azərbaycan klublarının avrokubok oyunlarını izləyəcək

Bakı. 4 iyul. REPORT.AZ/ AFFA Məşqçilər Komitəsinin üzvləri Azərbaycanı avrokuboklarda təmsil edən "Qarabağ", "Neftçi", "İnter" və "Qəbələ" klublarının oyunlarını izləyəcək. Bu barədə "Report"a komitə sədri Vaqif Sadıqov məlumat verib.

O bildirib ki, Çempionlar Liqasının II təsnifat mərhələsində son Azərbaycan çempionu "Qarabağ"ın Monteneqro "Rudar"ı ilə qarşılaşmasını Böyükağa Hacıyev izləyəcək. Avropa Liqasının I təsnifat mərhələsində Monteneqroda baş tutacaq "Mladost" - "Neftçi" görüşünə baxmağa Ağasəlim Mircavadov gedəcək. 

Bakıda və Qəbələdə keçiriləcək "İnter" - "Laçi" (Albaniya) və "Qəbələ" - "Dinamo" (Tiflis) oyununu isə Vaqif Sadıqov və Şakir Qəribov izləyəcək. 

Son xəbərlər

Orphus sistemi