AFFA Məşqçilər Komitəsinin üzvləri Nikolay Adamla görüşüb

AFFA Məşqçilər Komitəsinin üzvləri Nikolay Adamla görüşüb Görüşdə U-19-un Avropa çempionatının elit-raund mərhələsinə hazırlığı barədə fikir mübadiləsi aparılıb
Futbol
2 Mart , 2015 15:23
AFFA Məşqçilər Komitəsinin üzvləri Nikolay Adamla görüşüb

Bakı. 2 mart. REPORT.AZ/ Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvləri 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi Nikolay Adamla görüşüb. 

"Report"un məlumatına görə, görüşdə yığmanın Finlandiya və İrlandiyada keçirilmiş təlim-məşq toplanışları, Avropa çempionatının elit-raund mərhələsinə hazırlıq barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, elit-raundun oyunları 26 - 31 martda Fransada təşkil olunacaq. Azərbaycan yığması Fransa, İngiltərə və Danimarka ilə eyni qrupda yer alıb. 

Son xəbərlər

Orphus sistemi