Klublar Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb

Klublar Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb İclasda Media Komitəsi ilə bağlı məsələyə də baxılacaq
Futbol
23 Fevral , 2016 14:45
Klublar Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb

Bakı. 23 fevral. REPORT.AZ/ AFFA Klublar Komitəsi martın 1-də növbəti iclasını keçirəcək. Bu barədə "Report"a komitə sədri Fikrət Hüseynov məlumat verib.

Onun sözlərinə görə, klubların hazırkı durumu, legioner limiti, maliyyə problemləri və digər məsələlər müzakirə olunacaq. İclasda hər hansı qərar qəbul olunacağı təqdirdə, baxılması üçün AFFA İcraiyyə Komitəsinə göndəriləcək.

F.Hüseynov yeni yaranan Media Komitəsi ilə bağlı müzakirələrin də olacağını deyib: "Media Komitəsi ilə bağlı məsələni də gündəliyə əlavə edəcəyik və iclas zamanı bu mövzuda da müzakirələr olacaq".

Qeyd edək ki, Klublar Komitəsinin sonuncu iclası yanvarın 26-da keçirilib.

Son xəbərlər

Orphus sistemi