AFFA Klublar Komitəsinin növbəti iclası işə başlayıb - FOTO

AFFA Klublar Komitəsinin növbəti iclası işə başlayıb - FOTO İclasın gündəliyində 6 məsələ yer alıb
Futbol
6 Oktyabr , 2016 11:11
AFFA Klublar Komitəsinin növbəti iclası işə başlayıb - FOTO

Bakı. 6 oktyabr. REPORT.AZ/ AFFA Klublar Komitəsinin növbəti iclası işə başlayıb. "Report"un məlumatına görə, iclasda Azərbaycan Premyer Liqasında mübarizə aparan 8 klubun hamısı təmsil olunur. 

Bunlar "Qarabağ"ın baş direktoru Əmrah Çəlikəl, "Zirə"nin icraçı direktoru Natiq İsmayılov, "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov, "İnter"in prezidenti Rəşad Qasımov, "Kəpəz"in Müşahidə Şurasının üzvü Mikayıl Quluyev, "Neftçi"nin idman direktoru Orxan Hüseynzadə, "Sumqayıt"ın prezidenti Kamran Quliyev və eyni zamanda KK sədri olan AZAL-ın vitse-prezidenti Fikrət Hüseynovdur. 

Toplantının gündəliyində 6 məsələ yer alıb:

1. AFFA-nın Lisenziyalaşdırma Qrupununun rəhbəri Elçin Məmmədovla görüş

2. Topaz Premyer Liqasında legioner limiti

3. U-19 liqasının formatının müzakirəsi ("Qəbələ" klubunun təklifi)

4. Aşağı yaş qruplarından ibarət komandaların yarışlarında hakimliyin səviyyəsi

5. Növbəti mövsüm üçün Premyer Liqanı tərk edəcək və I Diviziondan Premyer Liqaya yüksələcək komandaların sayının müzakirəsi

6. Digər məsələlər. 

Son xəbərlər

Orphus sistemi