AFFA Klublar Komitəsinə yeni sədr seçilib

AFFA Klublar Komitəsinə yeni sədr seçilib Bu, AZAL-ın vitse-prezidentidir
Futbol
24 Dekabr , 2015 13:09
AFFA Klublar Komitəsinə yeni sədr seçilib

Bakı. 24 dekabr. REPORT.AZ/ Bu gün AFFA Klublar Komitəsinin 2015-ci ilin son iclası keçirilib. "Report"un məlumatına görə, iclasda Komitəyə yeni sədr seçilib.

Qarşıdakı 1 il müddətində Komitəyə Fikrət Hüseynov rəhbərlik edəcək. Üzvlər arasında keçirilmiş səsvermə nəticəsində AZAL klubunun vitse-prezidenti daha çox səs toplayıb.

Səsvermənin nəticələri:

AZAL - 6
Qəbələ - 2
Sumqayıt - 1

Qeyd edək ki, bundan öncə Komitəyə "Xəzər Lənkəran" klubunun vitse-prezidenti Tuyqun Nadirov rəhbərlik edib. O, bugünkü iclasda öz namizədliyini irəli sürməyib.

Son xəbərlər

Orphus sistemi