AFFA Klublar Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb

AFFA Klublar Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb Klublar iki aydan sonra yenidən bir araya gələcək
Futbol
8 Aprel , 2015 15:24
AFFA Klublar Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb

Bakı. 8 aprel. REPORT.AZ/ AFFA Klublar Komitəsinin növbəti iclasının vaxtı açıqlanıb. "Report"un məlumatına görə, tədbir aprelin 15-də Bakıdakı otellərdən birində təşkil olunacaq.

Hələlik toplantının məkanı və başlama saatı dəqiqləşməyib. Amma iclas barədə Azərbaycan Premyer Liqasında mübarizə aparan bütün klublara bildiriş göndərilib. Gündəliyə isə teleyayım, futbolçuların klublarla müqavilələri və digər məsələlər salınıb.

Qeyd edək ki, bu, Klublar Komitəsinin sayca 5-ci iclası olacaq. Komitə üzvləri sonuncu dəfə fevralın 13-də bir araya gəliblər. 

Son xəbərlər

Orphus sistemi