​AFFA "Kəpəz" və "Sumqayıt" klublarının məşqçilərini cəzalandırıb

​AFFA "Kəpəz" və "Sumqayıt" klublarının məşqçilərini cəzalandırıb Xaliq Mərdanovla Mübariz Orucovun hakimləri təhqir edib
Futbol
29 Sentyabr , 2015 13:37
​AFFA Kəpəz və Sumqayıt klublarının məşqçilərini cəzalandırıb

Bakı. 29 sentyabr. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi Gəncənin "Kəpəz" klubunun və "Sumqayıt"ın məşqçiləri Xaliq Mərdanovla Mübariz Orucovu 5 oyunluq cəzalandırıb. "Report"un məlumatına görə, Mərdanovun cəzalanmasına Azərbaycan Premyer Liqasının VI turu çərçivəsində Bakıda keçirilmiş "İnter"lə oyundan sonra hakimi təhqir etməsi səbəb olub.

Bundan başqa məşqçinin hərəkətinə görə Gəncə klubu 5000 manat cərimələnib. Digər tərəfdən, komandanın 4 futbolçusunun sarı vərəqə alması 1000 manat cərimə ilə nəticələnib. "İnter"də isə matçın 86-cı dəqiqəsində Dieqo Martins ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyunluq cəzalandırılıb və klubu 200 manat xərcə düşüb.

Orucov da 5 oyunluq texniki zonadan uzaqlaşdırılıb və klubu 5000 manat cərimələnib. O isə AZAL-la keçirilmiş ev oyununda baş verən analoji hadisəyə görə cəzaya məruz qalıb. Həmin oyunda "Sumqayıt"ın futbolçusu Bəxtiyar Həsənalızadə ikinci sarı vərəqə ilə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub. Üstəlik, klubun 5 futbolçusu "sarı" aldığı üçün klub 1000 manat ödəməli olacaq.

Son xəbərlər

Orphus sistemi