AFFA İntizam Komitəsi "Sumqayıt"ın futbolçusuna göstərilmiş qırmızı vərəqəni ləğv edib

AFFA İntizam Komitəsi "Sumqayıt"ın futbolçusuna göstərilmiş qırmızı vərəqəni ləğv edib Azərbaycan Premyer Liqasında hakim səhvi təsdiqlənib
Futbol
1 Aprel , 2016 11:44
AFFA İntizam Komitəsi Sumqayıtın futbolçusuna göstərilmiş qırmızı vərəqəni ləğv edib

Bakı. 1 aprel. REPORT.AZ/ AFFA İntizam Komitəsi Azərbaycan Premyer Liqasında XXVII turunda baş verən hüquqi pozuntularla bağlı qərarlarını açıqlayıb. "Report"un məlumatına görə, ən sərt cəzalar "Sumqayıt” – “Xəzər Lənkəran” matçı ilə bağlı çıxarılıb. 

70-ci dəqiqədə “Sumqayıt”ın futbolçusu Mikayıl Rəhimova baş hakim Elvin Əsgərovun sonuncu ümid foluna görə göstərilmiş birbaşa qırmızı vərəqə ləğv olunub. Komitə oyunun videoyazısını izlədikdən sonra epizodun düzgün qiymətləndirilmədiyi qənaətinə gəlib. Hakimlər Komitəsinə oyunun hakimi haqqında lazımı ölçü götürüb İntizam Komitəsini məlumatlandırması həvalə olunub.

AZAL-la oyunda 4 futbolçusu sarı vərəqə alan “Qəbələ"yə 1000 manat cərimə kəsilib. Analoji cərimə "Neftçi” ilə oyuna görə "İnter"ə tətbiq olunub. 

Son xəbərlər

Orphus sistemi