AFFA İntizam Komitəsi "Qəbələ"ni cəzalandırıb

AFFA İntizam Komitəsi "Qəbələ"ni cəzalandırıb "Qarabağ" da cəzasız qalmayıb
Futbol
11 Avqust , 2015 12:55
AFFA İntizam Komitəsi Qəbələni cəzalandırıb

Bakı. 11 avqust. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi futbol üzrə Azərbaycan Premyer Liqasının I turunda baş verənlərə hüquqi qiymət verib. "Report"un məlumatına görə, komitə "Qəbələ" və "Qarabağ" klublarını cərimələyib.

Tərəflərin Qəbələdə baş tutan görüşündə meydan sahiblərinin futbolçusu Rəşad Sadiqov kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub isə 2000 manat cərimə olunub.

"Qarabağ” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə Ağdam təmsilçisi 1000 manat cərimələnib.

Son xəbərlər

Orphus sistemi