Bakı. 3 may.
Ölkə kubokunun “Neftçi” – “Qəbələ” matçının 84-cü dəqiqəsində qonaq komandanın futbolçusu Rəşad Sadiqov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.
Premyer Liqa cəzalarına gəldikdə, “Sumqayıt”la ev matçının 27-ci dəqiqəsində “İnter”in qapıçısı Kamran Ağayev, ona sonuncu ümid foluna görə göstərilmiş birbaşa qırmızı vərəqə səbəbindən 1 oyunluq cəzalanıb, klub 200 manat cərimə olunub. 90+1-ci dəqiqədə “Sumqayıt”ın futbolçusu Cəmil Hacıyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyunluq cəzaya, klubu 2000 manat cəriməyə məruz qalıb.
“Zirə” ilə qarşılaşma başa çatdıqdan sonra isə “Qarabağ” azarkeşləri pirotexniki vasitələrdən istifadə etdikləri üçün Ağdam klubu 1000 manat ziyana düşüb.