​AFFA Bakının "İnter" klubunun futbolçusunu cəzalandırıb

​AFFA Bakının "İnter" klubunun futbolçusunu cəzalandırıb Klub 200 manat cərimələnib
Futbol
26 Aprel , 2016 11:28
​AFFA Bakının İnter klubunun futbolçusunu cəzalandırıb

Bakı. 26 aprel. REPORT.AZ/ AFFA-nın İntizam Komitəsi Bakının "İnter" klubunun futbolçusu Fuad Bayramovu bir oyunluq cəzalandırıb. "Report"un məlumatına görə, buna Azərbaycan Premyer Liqasında XXXI turun "Qarabağ"la oyununda 22 yaşlı yarımmüdafiəçinin ikinci sarı vərəqə alaraq meydandan qovulması səbəb olub. 

F.Bayramov "Sumqayıt"la növbəti turun ev oyununda forma geyinməyəcək. "İnter" isə 200 manat cərimə ödəyəcək. 

Son xəbərlər

Orphus sistemi