AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək Əsas müzakirələrin Azərbaycan Premyer Liqasının hazırkı durumu ilə bağlı aparılacağı gözlənilir
Futbol
7 İyun , 2016 09:20
AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək

Bakı. 7 iyun. REPORT.AZ/ Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək. "Report"un məlumatına görə, qurumun inzibati binasında keçiriləcək toplantı saat 10:30-da başlayacaq.

İclasın gündəliyi rəsmən açıqlanmır. Amma əsas müzakirələrin Azərbaycan Premyer Liqasının hazırkı durumu ilə bağlı aparılacağı gözlənilir. Növbəti mövsümdə iştirak üçün cəmi 8 komandanın lisenziya ala bilməsindən sonra yüksək liqaya yeni komandaların buraxılma məsələsi də gündəmdədir. 

Qeyd edək ki, iclas qapalı olacaq. 

Son xəbərlər

Orphus sistemi