AFFA İcraiyyə Komitəsi yenidən iclas keçirəcək

AFFA İcraiyyə Komitəsi yenidən iclas keçirəcək Azərbaycan milli komandalarının baş məşqçiləri təsdiqlənib
Futbol
7 İyun , 2016 13:33
AFFA İcraiyyə Komitəsi yenidən iclas keçirəcək

Bakı. 7 iyun. REPORT.AZ/ Bu gün AFFA-nın inzibati binasında İcraiyyə Komitəsinin iclası keçirilib. "Report"un qurumun rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda iki məsələ ətrafında müzakirələr aparılıb.  

Qərara alınıb ki, 2016-2017 mövsümündə Premyer Liqada çıxış edəcək klubların sayı İcraiyyə Komitəsinin iyunun 13-də keçiriləcək iclasında müəyyənləşdirilsin. AFFA, PFL və Lisenziyalaşdırma Qrupu I Diviziondan idman prinsiplərinə uyğun olaraq Premyer Liqaya yüksəlmək ehtimalı olan klubların vəziyyəti ilə bağlı iyunun 13-dək araşdırma aparıb İcraiyyə Komitəsinə təqdim etməlidir.

Eyni zamanda, Rafiq Mirzəyevin 17 yaşadək, Mirbağır İsayevin 16 yaşadək futbolçulardan ibarət, Milton Luiz Ziller Juniorun futzal, Zeynal Zeynalovun çimərlik futbolu üzrə Azərbaycan milli komandalarının baş məşqçisi vəzifəsinə təyinatı təsdiqlənib. 

Son xəbərlər

Orphus sistemi