AFFA İcraiyyə Komitəsi 4 qərar qəbul edib

AFFA İcraiyyə Komitəsi 4 qərar qəbul edib Füzuli Cavadova və Nurəddin Əliyevə AFFA-nın təqaüdü veriləcək
Futbol
13 İyun , 2016 13:31
AFFA İcraiyyə Komitəsi 4 qərar qəbul edib

Bakı. 13 iyun. REPORT.AZ/ AFFA İcraiyyə Komitəsinin bugünkü iclasında 4 qərar qəbul olunub. "Report" həmin qərarları təqdim edir: 

1. Növbəti mövsüm üçün müvafiq qaydada lisenziya almış klubların sayı nəzərə alınaraq, Premyer Liqanın 2016/2017-ci il mövsümü 8 komandanın iştirakı ilə keçirilsin.

2. AFFA-nın Klublar Komitəsinin təklifinə əsasən, legioner futbolçular üçün klublar tərəfindən ödənilən rüsumun məbləği 5 min AZN müəyyənləşdirilsin. Təmsil etdiyi ölkənin milli komandasının üzvü olan legioner futbolçular sifariş ərizəsinə ödənişsiz daxil olunsun.

3. AFFA-nın Klublar Komitəsinin təklifinə əsasən, intizam qaydalarına uyğun olaraq tətbiq edilən cərimə sanksiyalarının məbləği 20 faiz endirilsin.

4. AFFA-nın Futbol Veteranları Fondunun Əsasnaməsinə uyğun olaraq, futbol veteranı Füzuli Cavadova və Nurəddin Əliyevə AFFA-nın təqaüdü verilsin.

Son xəbərlər

Orphus sistemi