AFFA Elnur Əşrəfoğluna görə "Neftçi"ni 20 min manat cərimələyib

AFFA Elnur Əşrəfoğluna görə "Neftçi"ni 20 min manat cərimələyib Klub rəsmisinin özünə isə 10 oyunluq qadağa qoyulub
Futbol
25 Noyabr , 2014 14:38
AFFA Elnur Əşrəfoğluna görə Neftçini 20 min manat cərimələyib

Bakı. 25 noyabr. REPORT.AZ/ "Neftçi" futbol klubu prezidentinin müşaviri Elnur Əşrəfoğlu cəzalandırılıb. "Report"un məlumatına görə, bu barədə AFFA İntizam Komitəsi qərar qəbul edib. 

Səbəb kimi onun Topaz Premyer Liqasında XII turun “Simurq” – “Neftçi” oyunu başa çatdıqdan sonra Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovu geniş kütlə qarşısında təhqir etməsi  və bu hərəkətini KİV-də də davam etdirməsi göstərilib. 

İntizam Komitəsi klub rəsmisinin 10 oyunluq stadiona girişinə qadağa qoyub, "Neftçi"ni isə 20 min manat cərimələyib.

Son xəbərlər

Orphus sistemi