AFFA-da yeni yaradılan komitənin üzvlüyünə namizəd mütəxəssislərlə görüş keçirilib

AFFA-da yeni yaradılan komitənin üzvlüyünə namizəd mütəxəssislərlə görüş keçirilib Tədbirdə Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Şahin Diniyev və Böyükağa Hacıyev iştirak edib
Futbol
24 Noyabr , 2014 12:52
AFFA-da yeni yaradılan komitənin üzvlüyünə namizəd mütəxəssislərlə görüş keçirilib

Bakı. 24 noyabr. REPORT.AZ/ Bu gün AFFA-nın inzibati binasında Məşqçilər Komitəsinin üzvlüyünə namizəd mütəxəssislərin iştirakı ilə iclas keçirilib. "Report"un məlumatına görə, baş katib Elxan Məmmədovun rəhbərliyi ilə keçirilən iclasda Ağasəlim Mircavadov, Vaqif Sadıqov, Şahin Diniyev və Böyükağa Hacıyev iştirak ediblər. 

Toplantıda ölkə futbolunun hazırkı vəziyyəti, klub və milli komanda səviyyəsində inkişaf yolları və perspektivləri ətraflı müzakirə olunub, problemlərdən çıxış yolları ilə bağlı təkliflər irəli sürülüb. 

Qeyd olunub ki, analoji müzakirələr mütəmadi aparılacaq.

Son xəbərlər

Orphus sistemi