AFFA "Bakı" klubu futbolçularının maaşlarını fevralın 20-dən ödəməyə başlayacaq

AFFA "Bakı" klubu futbolçularının maaşlarını fevralın 20-dən ödəməyə başlayacaq Ödəniş may ayınadək davam edəcək
Futbol
18 Fevral , 2015 15:56
AFFA Bakı klubu futbolçularının maaşlarını fevralın 20-dən ödəməyə başlayacaq

Bakı. 18 fevral. REPORT.AZ/ AFFA "Bakı" klubunun əsas və əvəzedici heyətlərinə maaşların verilməsinə fevralın 20-dən başlanacaq. Bu barədə "Report"a klubun vitse-prezidenti Yaşar Seyidov məlumat verib. 

Onun sözlərinə görə, həmin gün komanda üzvləri yanvar ayının maaşını alacaqlar. Y.Seyidov AFFA-nın "Bakı"ya əmək haqlarının ödənişini  may ayınadək davam etdirəcəyini bildirib. Ötən ildən qalan maaşlara gəldikdə klub rəsmisi imkan düşdükcə onların da ödəniləcəyini açıqlayıb.

Qeyd edək ki, AFFA "Bakı"dakı maliyyə problemləri ilə əlaqədar komanda üzvlərinə maaş ödənişini mövsümün sonunadək öz üzərinə götürüb.

Son xəbərlər

Orphus sistemi